BAKI, 16 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisini dəyişib.

Teleqraf xəbər verir ki, Ukrayna lideri general-leytenant Anatoli Bargileviçin yerinə general-mayor Andrey Qnatovu təyin edib. Qnatov əvvəllər idarənin rəis müavini olub.

Yeni təyinat qoşunların komandanlığının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə baş tutub.

Anatoli Bargileviçə Ukrayna Müdafiə Nazirliyinin baş müfəttişi vəzifəsi tapşırılıb.