
BAKI, 9 mart. TELEQRAF
İranda Rusiya və Çin gəmilərinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri 2025” adlı təlimlər başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .
Açılış mərasimi İranın Çabahar limanında baş tutub. Tədbirdə Rusiya Hərbi Dəniz Qüvvələri, İran Hərbi Dəniz Qüvvələri və Çin Xalq Azadlıq Ordusunun gəmi qrupları iştirak edir.