BAKI, 2 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya kralı III Çarlz ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Ukrayna lideri Londondan helikopterlə Norfolka uçaraq kral və kraliçanın vaxtlarının çoxunu keçirdiyi Sandrinhem malikanəsinə gəlib. Monarx siyasətçini şəxsən qarşılayıb.

Zelenski və III Çarlz içəri girməzdən əvvəl eyvanda qısaca söhbət edib və şəkil çəkdiriblər.