BAKI, 3 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna torpağından bir parça belə vermədiyini iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Putin Rusiyasına Ukrayna torpağından bir parça belə verməyən yeganə prezident Donald Trampdır. Zəif və təsirsiz demokratlar tənqid edəndə, saxta media onların hər sözünü sevinclə yayanda bunu unutmayın”, - Tramp qeyd edib.

ABŞ prezidenti ardınca başqa bir qısa mesaj da yazıb:

“Sabah gecə vacib olacaq. Mən sizə hər şeyi olduğu kimi danışacağam”.

İkinci qeydin Ukraynaya, yoxsa ABŞ-nin daxili siyasətinə aid olduğu bəlli deyil.