
BAKI, 3 mart. TELEQRAF
Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC yüngül çəki dərəcəsində rusiyalı Maqomed Ankalayev və braziliyalı Aleks Pereyra arasında keçiriləcək çempionluq döyüşü ilə bağlı proqnoz verib.
Teleqraf xəbər verir ki, 31 yaşlı idmançı hər şeyin Ankalayevdən asılı olduğunu bildirib.
Ankalayev kikboksinq üzrə dünya çempionu Pereyra ilə ayaq üstə döyüşəcəyini açıqlayıb. Sadıxovun fikrincə, bu cür döyüş elə də uğurlu deyil: "Kikboksinq üzrə dünya çempionu ilə ayaqda döyüş?! Baxmayaraq ki, Maqomed ayaq üstdə də böyük təhlükədir. Ancaq bu, qalib gəlməyin ən yaxşı yolu deyil. Onun bu cür mövqedə şansı 50/50-dir. Hətta Pereyra azacıq favoritdir. Maqomed üslubları qarışdıra bilsə, qələbə qazanacaq. Təxminim Ankalayevin hakimlərin qərarı ilə qalib gəlməsidir".
Ankalayev keçirdiyi 22 MMA qarşıdurmasında 20 qələbə qazanıb. Pereyra isə 14 döyüşün 12-də sevinən tərəf olub.
Qeyd edək ki, Maqomed Ankalayev və Aleks Pereyra martın 9-da ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 313 turnirində çempionluq kəməri uğrunda üz-üzə gələcəklər.