
TBİLİSİ, 3 mart. TELEQRAF
Latviya, Litva və Estoniyaya girişi qadağan olunan Gürcüstan vətəndaşlarının siyahısı genişləndirilib.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı Baltikyanı ölkələrin Xarici İşlər Nazirlikləri qərar qəbul ediblər.
Qərarlara əsasən, Latviya 16, Litva 74, Estoniya isə 55 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa tətbiq edib.
Siyahı açıqlanmasa da, arzuolunmaz şəxslər elan edilmiş Gürcüstan vətəndaşları arasında parlament üzvləri də daxil olmaqla rəsmi şəxslərin, məhkəmə hakimlərinin və “Alt-info” təşkilatının nümayəndələrinin olduğu bildirilir.
Qadağalar qeyri-müəyyən müddətdə qüvvədə saxlanılacaq.
Qeyd edək ki, ötən ilin dekabrında Baltikyanı ölkələr Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili də daxil olmaqla 11 nəfərə sanksiya tətbiq edib.