BAKI, 3 mart. TELEQRAF

Almaniyanın Manheym şəhərində avtomobil kütləyə çırpılıb, nəticədə iki nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hadisə yerinə xilasetmə xidmətləri cəlb olunub. Polis sakinlərdən şəhər mərkəzinə getməməyi xahiş edib”,- məlumatda qeyd olunur.