BAKI, 2 mart. TELEQRAF

ABŞ-nin Ticarət naziri Hovard Lutnik Ukraynanı hədələyən fikirlər səsləndirib.

Teleqraf xəbər verir ki, amerikalı nazir Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtona sülh danışıqlarına gəlməyənə qədər ölkəsinin Kiyevə maliyyə yardımı etməyəcəyini deyib.

“Zelenskiyə ABŞ-dən birbaşa deyirik: "Sülh yolu ilə danışıqlara gəlməyənə qədər, sizə pul verməyəcəyik”, - deyə Lutnik “Fox News”-a müsahibəsində bildirib.