BAKI, 3 mart. TELEQRAF

Ombudsmanın “qanunvericilik təşəbbüsü hüququ”nun təsbit olunması təklif olunur.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Qeyd olunur ki, Ombudsmanın qanunvericiliyin təkmilləşdirilməsi sahəsində fəaliyyətinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılması, yeni normativ hüquqi akt layihələrinin vaxt itkisinə yol verilmədən, operativ qaydada qanunvericilik orqanına təqdim edilməsi, bununla da hüquq və azadlıqların daha səmərəli müdafiəsinə nail olunması məqsədilə xarici ölkələrin müsbət təcrübəsi də nəzərə alınmaqla Ombudsmanın “qanunvericilik təşəbbüsü hüququ”nun təsbit olunması təklif olunur.

Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.