
BAKI, 3 mart. TELEQRAF
2024-cü ildə Ombudsmanın ünvanına 29,371 müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd olunub ki, müraciətlər poçt və ya elektron poçtla, Ombudsmanın rəsmi internet səhifəsindəki onlayn müraciət (“Birbaşa müraciət” və “İnformasiya sorğusu”) və «E-gov» bölmələri üzərindən, rəsmi sosial şəbəkə hesabları vasitəsilə göndərilmiş, Ombudsman Aparatında və regional mərkəzlərdə keçirilən qəbullar zamanı, Ombudsmanın, onun Aparatının və regional mərkəzlərinin əməkdaşlarının respublikanın şəhər və rayonlarında əhali qrupları ilə görüşləri, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama yerlərinə, qarnizon hauptvaxtlarına, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə, o cümlədən müvafiq sosial, tibb və təhsil müəssisələrinə başçəkmələr zamanı təqdim edilib.
Bildirilib ki, Ombudsmanın 7/24 rejimində fəaliyyət göstərən “916” Çağrı Mərkəzinə il ərzində 11008 zəng daxil olub ki, onlardan 7691-i şifahi cavablandırılmış və hüquqi məsləhətlər verilmiş, 3317 zəng üzrə müraciət isə icraata qəbul edilmişdir.
Qeyd edək ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb