
BAKI, 3 mart. TELEQRAF
Gəncə şəhərində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 5 m² sahədə və içərisindəki ev əşyaları yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.