BAKI, 3 mart. TELEQRAF

ABŞ hazırda qeyri-qanuni miqrantlarla, narkotiklərin qanunsuz dövriyyəsi və cinayətkarlıqla mübarizəni düşünməlidir.

Teleqraf xəbər verir ki, bu çağırışı ABŞ Prezidenti Donald Tramp edib.

"Biz Rusiya Prezidenti Vladimir Putin barəsində daha az narahat olmalıyıq və daha çox zorakılıq törədən miqrant bandaları, narkobaronlar, qatillər və psixiatrik xəstəxanalardan çıxan şəxslər haqqında düşünməliyik. Avropa kimi olmağa başlamayaq", - o qeyd edib.

Qeyd edək ki, Donald Tramp yanvarın 20-də ABŞ ilə Meksika arasındakı sərhəddə fövqəladə vəziyyət rejimi tətbiq edən fərman imzalayıb.