BAKI, 2 mart. TELEQRAF

Böyük Britaniya Ukraynaya ümumi dəyəri 1,6 milyard funt sterlinq olan yeni hərbi yardım paketi verəcək.

Teleqraf “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Kir Starmer məlumat verib.

Onun sözlərinə görə, bu pul 5000 hava hücumundan müdafiə raketinin istehsalının maliyyələşdirilməsinə sərf olunacaq.

Raketlər Belfast şəhərində istehsal ediləcək.