.jpg)
BAKI, 2 mart. TELEQRAF
Britaniya “Gələcəyimizin təminatı” müdafiə sammitində Avropanı təhlükəsizliyi gücləndirmək fürsətindən istifadə etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə UNİAN agentliyi məlumat yayıb.
Britaniyanın Baş naziri Kir Starmer “Avropa təhlükəsizliyi gücləndirmək üçün unikal məqamdan istifadə etməyə” çağırıb.
Starmer həmçinin bildirib ki, siyasətçilər ABŞ-nin Avropa təhlükəsizliyində rolunu müzakirə edəcəklər. Onun sözlərinə görə, siyasi fikir ayrılıqlarına baxmayaraq, sülhə gedən yolu tapmaq vacibdir.
Qeyd edək ki, Ukrayna mövzusu ilə yanaşı, sammitin əsas müzakirə predmetlərindən biri nüvə silahının qarşısının alınmasıdır. Bu, xüsusilə öz nüvə silahına malik olmayan ölkələr üçün aktualdır.
***
18:32
Bu gün Londonun mərkəzindəki Lancaster House-da Ukrayna üzrə Avropa sammiti başlayıb.
Teleqraf xəbər ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin ev sahibliyi etdiyi toplantıda 18 ölkənin və müxtəlif qurumların nümayəndələr iştirak edir.
Tədbirə Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, NATO-nun baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də gəlib.
Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edir.