BAKI, 2 mart. TELEQRAF

ABŞ administrasiyası yaxşı başa düşür ki, Rusiya Prezidenti Vladimir Putin danışıqlarda Vaşinqton üçün çətin tərəfdaş olacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio ABC News telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bununla belə, ABŞ Ukrayna böhranının həlli ilə bağlı Rusiyanın mövqeyini öyrənməyə cəhd edəcək.

"Biz hamımız başa düşürük ki, Putin bu məsələdə asan tərəfdaş olmayacaq. Əlbəttə, biz hamımız bunu başa düşürük, lakin biz, ümumiyyətlə, nəyisə etmək mümkün olub-olmadığını anlamaq üçün prosesə başlamalıyıq", - o deyib.

Rubionun qeyd etdiyi kimi, ABŞ və Rusiya “üç ildir ki, danışmırlar”, lakin indi Vaşinqton böhranın həlli üçün mümkün razılaşmalarda Moskvanın mövqeyini öyrənmək niyyətindədir.

Qeyd edək ki, Rusiya və ABŞ arasında dialoqlar fevralın 12-də Putinlə Amerika lideri Donald Trampın təxminən saat yarım telefonla danışmasından sonra yenidən başlayıb.