BAKI, 3 mart. TELEQRAF
“Energetik içki içənlərdə 20 yaşdan sonra şəkər xəstəliyi və tükənmişlik sindromu başlayır”.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu, nəticə etibarı ilə demoqrafik artıma təsir edir, çünki onların uşaqları olmur:
“Bu baxımdan, Ombudsman aparatı və İnsan hüquqları komitəsi buna qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalıdır”.
Deputat, həmçinin İrandan Azərbaycana keçirilən narkotik qaçaqmalçılığından da söz açıb:
"Bu gün bizim qonşu ölkə Azərbaycana qarşı narkotik müharibəsi aparılır. Gürcüstandan, Rusiyadan, Türkmənistandan Azərbaycana narkotik keçirildiyini eşitmişik? Yox. Yalnız bir ölkə bizə qarşı tiryək müharibəsi aparır. Bu, olduqca təhlükəlidir. Məsələ ilə bağlı ciddi mübaribə aparmaq lazımdır".