BAKI, 21 fevral. TELEQRAF

"Oreshnik" sistemlərindəki döyüş başlıqları Günəşin səthindəki istiliyə bərabər temperaturlara tab gətirə bilir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxışı zamanı deyib.

"Bütün dünya "Oreşnik"dən danışır. Bəs onlar hansı materiallardan hazırlanıb? Bu döyüş başlıqlarının temperaturu Günəşin səthindəki temperaturuna uyğundur".

Putin xatırladıb ki, 80-ci illərin sonlarında onlar hələ də belə sistemlər yaratmaq barədə düşünürdülər: "O zamanlar bunu edə bilmədilər, çünki heç bir material yox idi. Problem bu idi. O, bir Eskimo kimi uçur və əriyir".