BAKI, 22 fevral. TELEQRAF

Rusiya üçün Qərblə qarşıdurmada həlledici an yetişib.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.

Onun sözlərinə görə, rusiyalı hərbçilərin fəaliyyəti ölkənin gələcəyini müəyyən edəcək.

"Hər bir insanın, hər bir əsgər və zabitin addımları hazırda böyük dövlətimizin taleyini müəyyənləşdirir. Biz sizə və ən çətin vəzifələri yerinə yetirməyə hazır olmağınıza inanırıq”, – Belousov “Qızıl Ulduz” medallarının təqdimetmə mərasimində çıxışı zamanı vurğulayıb.