
BAKI, 21 fevral. TELEQRAF
İsveçrə Federal Hökuməti Azad Demokratik Partiyasından (FDP) olan millət vəkili Quattro Jakuelinenin PKK terror təşkilatının ölkədəki fəaliyyəti ilə bağlı sorğusuna rəsmi cavab verib.
Yazılı cavabda qeyd olunub ki, PKK ölkədə ildə bir neçə dəfə toplantı keçirir, gənclər təşkilata cəlb edilir.
"Bəzi gənclər Türkiyəyə qarşı döyüşmək üçün İraq və ya Suriyaya göndərilir. İsveçrə hökuməti PKK-nın fəaliyyətini yaxından izləyir. Saxili və ya xarici təhlükəsizliyə təhdid yaradan hallar aşkar edilərsə, ölkəyə giriş qadağaları tətbiq edilir. Bundan əlavə, zorakılıq çağırışlarını ehtiva edən fəaliyyətlərə qarşı qanuni tədbirlər görülüb", - açıqlamada qeyd olunur.
Digər tərəfdən, İsveçrə hökuməti SDF və ya YPG adlarından istifadə edən PKK-nın əslində eyni struktur olduğunu etiraf edib.
İsveçrə Federal Kəşfiyyat Xidməti noyabr ayında dərc etdiyi "İsveçrənin Təhlükəsizliyi 2024" başlıqlı hesabatında PKK-nın İsveçrə və digər ölkələrdə gizli şəkildə pul yığdığını, təbliğat apardığını və terrorçular üçün təlim düşərgələri təşkil etdiyini bildirmişdi.