BAKI, 21 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etməsinə baxmayaraq, onunla gələcək təmaslara açıq olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri "Fox News" radiosuna müsahibəsində danışıb.

Ağ Ev rəhbəri Zelenski ilə telefon danışığının mümkünlüyündən danışarkən, onun zənginə cavab verəcəyini deyib.

Tramp həmçinin qeyd edib ki, o, “oyun oynamır”.

Amerika prezidenti bildirib ki, Ukrayna böhranının sülh yolu ilə həlli ilə bağlı görüşlərdə Zelenskinin iştirakı “o qədər də vacib deyil”.