
BAKI, 22 fevral. TELEQRAF
İngiltərə “Arsenal"ı İtaliyanın “Fiorentina" klubunun futbolçusu Moyze Kinlə maraqlanır.
Teleqraf “Caught Offside”a istinadən xəbər verir ki, bu yay italiyalı hücumçunun müqaviləsində 52 milyon avroluq sərbəst qalma bəndi qüvvəyə minəcək. “Topçular” 24 yaşlı oyunçu uğrunda “Tottenhem” və “Aston Villa” ilə mübarizə aparmalı olacaq.
Kinin Florensiya təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Moyze Kin cari mövsüm ərzində iştirak etdiyi 29 matçda 19 qol vurub və iki məhsuldar ötürmə edib.