BAKI, 22 fevral. TELEQRAF

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Əruda ağır itki üz verib.

Teleqraf-ın xəbərinə görə, Əməkdar jurnalistin atası Ramiz Seyfullayev uzunsürən xəstəlikdən sonra bu gün səhər saatlarında 74 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Zabrat qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Biləsuvarın Nərimankənd kəndində anadan olan R.Seyfullayev uzun illər pedaqoji fəaliyyət göstərib.