BAKI, 22 fevral. TELEQRAF
Fələstinin "HƏMAS" hərəkatı israilli girov Şiri Bibasın cəsədini Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.
Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, qalıqların həkimlərə təhvil verilməsini HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşması həyata keçirib.
HƏMAS hələlik məsələyə münasibət bildirməyib.