
BAKI, 22 fevral. TELEQRAF
Rusiya və ABŞ Arktikada enerji, Şimal dəniz yolu logistikası və gəmiqayırma sahəsində əməkdaşlıq edə bilər.
Teleqraf xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Uzaq Şərq və Arktikanın inkişafı üzrə komitəsinin sədri Nikolay Xaritonov səsləndirib.
Onun sözlərinə görə, ABŞ və Rusiya arasında əməkdaşlığın inkişafı siyasi münasibətlərin normallaşmasından asılıdır. Sanksiyalar qüvvədə qaldıqca genişmiqyaslı layihələrin həyata keçirilməsi çətin olacaq.
Deputat vurğulayıb ki, Rusiya dünyada yeganə nüvə buzqıran donanmasına malik ölkədir, bu isə Arktikada ABŞ üçün kritik əhəmiyyət kəsb edə bilər.
Lakin sanksiyalar qaldırılmadığı müddətcə iri investisiya layihələrinin gerçəkləşməsi sual altındadır.
ABŞ və Rusiya rəsmiləri bu mövzuda dialoqu davam etdirmək niyyətində olsalar da, hələ konkret planlar mövcud deyil.