
BAKI, 22 fevral. TELEQRAF
İngiltərə Premyer Liqasının XXVI turunda “Lester Siti” evdə "Brentford"a 0:4 hesabı ilə məğlub olub.
Teleqraf xəbər verir ki, "tülkülər" bu məğlubiyyətlə Premyer Liqada antirekord müəyyənləşdirib. Lester təmsilçisi ardıcıl altı ev oyununda qol vurmadan uduzur. Rud van Nistelrooyun rəhbərlik etdiyi kollektiv buna qədər doğma meydanında “Arsenal”, “Fulhem", “Kristal Pelas” və “Mançester Siti”yə 0:2, “Vulverhempton”a isə 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Lester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 17 xalla 19-cu sırada qərarlaşıb. Komandanın növbəti ev oyunu "Vest Hem" və "Çelsi" səfərindən sonra "Mançester Yunayted"ə qarşı olacaq.