
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinin indi tamamilə Moskvadan asılı olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına video çıxışında deyib.
"Siz bunu Rusiyadan soruşmalı olacaqsınız. Ukrayna sövdələşməyə hazırdır", - ABŞ lideri münaqişənin bir il ərzində həll oluna biləcəyi ilə bağlı suala cavab olaraq deyib.