ABŞ prezidenti Donald Tramp keçmiş dövlət katibi Mayk Pompeonu hökumət himayəsindən məhrum etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

2018-2021-ci illərdə Dövlət Departamentinə rəhbərlik etmiş Pompeo ilə yanaşı, Trampın birinci dövründə ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışmış Brayan Huk da hökumət himayəsindən məhrum edilib.