
Donald Trampın hakimiyyətə gəlişi ilə yeni hərbi əməliyyatlar başlaya bilər.
Teleqraf.com xəbər verir ki, rusiyalı politoloq Sergey Markov belə düşünür.
Onun fikrincə, sələflərindən fərqli olaraq, Tramp ABŞ-nin maraqlarını daha qətiyyətli addımlar atmağa hazırdır. Markov rus saytlarına açıqlamasında deyib: "Tramp dövründə müharibələr mümkündür. O, siyasətdə sərt üslub münayiş etdirir".
Politoloqun sözlərinə görə, ilk növbədə Panama bölgəsində münaqişənin başlanacağını ehtimal etmək olar.