BAKI, 16 noyabr. TELEQRAF

“Bəzi Qərb ölkələrinin neokolonial ambisiyaları ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin formalaşmasına mane olur”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Müasir dünya mühüm dəyişikliklər yaşayır. Getdikcə daha çox ölkə çoxqütblülük və real bərabərlik prinsiplərinə əsaslanan ədalətli və demokratik beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasını dəstəkləyir. Amma bəzi Qərb dövlətlərinin neokolonial ambisiyaları bu məqsədə çatmaq yolunda ciddi maneə olaraq qalır”, - Rusiya lideri bildirib.

Putin qeyd edib ki, keçmişdə Asiya, Afrika və Latın Amerikası xalqları üzərində birbaşa hökmranlıqdan imtina etməyə məcbur olan keçmiş müstəmləkəçi dövlətlər bu gün də həmin region ölkələrinin iqtisadiyyatları üzərində nəzarəti saxlamağa, daxili işlərinə müdaxilə etməyə və xarici siyasətlərinə təsir göstərməyə çalışırlar.