BAKI, 16 noyabr. TELEQRAF
Dünən müalicə aldığı xəstəxanada vəfat edən Milli Qəhrəman Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Teleqraf xəbər verir ki, dəfn mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub.
O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak edib.
1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.