Gürcüstan Baş naziri İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində Avropa Birliyi Şurasının prezidenti Şarl Mişellə görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər Gürcüstanın AB-yə üzvlüyü prosesini və bu istiqamətdə həyata keçirilən islahatları müzakirə ediblər.

Görüşdə Gürcüstan daxilindəki siyasi vəziyyət də müzakirə olunub.

Kobaxidze həmçinin Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli prosesində AB-nin daha fəal rolunun vacibliyini vurğulayıb.

Görüş zamanı diqqət region və dünyada təhlükəsizlik və çağırışlara yönəldilib.