TBİLİSİ, 30 sentyabr. TELEQRAF
Gürcüstanın müxalif “Lelo” partiyasının Marenuli rayonunun Qızılhacılı kəndindən olan keçmiş majoritar deputatı Qara Orucov ötən gün yayılmış səs yazısının saxtalaşdırıldığını iddia edir.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, o, bu barədə yerli telekanallara açıqlamasında bildirib.
Onun sözlərinə görə, səsi qanunsuz olaraq yazılıb.
“Bunu kim edibsə qanun çərçivəsində cəzasını almalıdır. Mən onlardan şikayət etmək fikrindəyəm və məhkəməyə müraciət etməyə hazırlaşıram”, - Q.Orucov söyləyib.
Soydaşımız “Lelo”nun sıralarını tərk etməsinin səbəbini partiyanın bölgələrdə qeyri-qanuni maliyyələşdirmə aparması ilə əlaqələndirib.
Qeyd edək ki, “Lelo” partiyası ötən gün Q.Orucovun yer aldığı səs yazısını yayaraq yerli polis əməkdaşlarının soydaşımıza hədə-qorxu gəldiyini və bu səbəbdən onun namizədliyini geri götürdüyünü iddia edib. Gürcüstanın Baş Prokurorluğu audioyazı ilə bağlı araşdırmalara başlayıb.