BAKI, 27 may. TELEQRAF
Ermənistanda səfərdə olan Slovakiya Baş naziri Robert Fitso İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət edib.
Teleqraf xəbər verir ki, bu barədə “Armenpress” agentliyi məlumat yayıb.
Slovakiya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini ziyarətdə Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan müşayiət edib.
Robert Fitso “erməni soyqırımı abidəsi”nin önünə əklil qoyub, “soyqırımı qurbanlarının xatirəsi”ni bir dəqiqəlik sükutla yad edib, kompleksin ərazisində küknar əkib.
