BAKI, 26 may. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların müsbət yekunlaşması sülhə doğru atılan həlledici addımdır”.
Teleqraf xəbər verir ki, bunu beynəlxalq “İrəvan Dialoqu” forumunda çıxışı zamanı Slovakiya Baş naziri Robert Fitso deyib.
“Bu ilin əvvəlində verilən açıqlama (müqavilənin yekunlaşdırılması ilə bağlı) regionda davamlı sülh və təhlükəsizliyə doğru atılan həlledici addımdır. Bu sürəti saxlamaq və prosesin problemsiz başa çatmasını təmin etmək vacibdir. Sülh sazişinin imzalanması Avropaya güclü mesaj verəcək ki, münaqişə diplomatik dialoq yolu ilə həll oluna bilər”, - baş nazir bildirib.