BAKI, 22 aprel. TELEQRAF
Prioritet o deməkdir ki, nə vaxt bir xarici ölkənin nümayəndəsi ilə görüşə gedirsən, ilk danışdığın mövzu o olur.
Teleqraf xəbər verir ki, bunu Ermənistan hakim partiyasının deputatı Vaaqn Aleksanyan xarici işlər naziri Ararat Mirzoyanın qondarma soyqırımının beynəlxalq aləmdə tanınmasının İrəvanın prioritetləri sırasında olmaması barədə bəyanatına istinadla deyib.
“İndi, məsələn, Fransa ilə görüşə gedirik, bizim prioritetimiz bu olur: bizə hansı silahları satacaqsınız, əziz fransız tərəfdaşlar? Sonra Hindistanla görüşəndə “Bizə hansı silahları satacaqsınız, əziz hindli tərəfdaşlar?” deyirik”, - deputat jurnalistlərə bildirib.
Aleksanyan qeyd edib ki, qondarma erməni soyqırımının beynəlxalq aləmdə tanıdılması Ermənistanın keçmiş hökumətləri üçün də prioritet olmayıb:
“Nə Serj Sərkisyan, nə də Robert Köçəryan heç vaxt israr etməyib ki, Türkiyə münasibətlərin normallaşmasından əvvəl (qondarma) soyqırımını tanımalıdır. Əksində, təkid edirdilər ki, münasibətlər ilkin şərt olmadan normallaşmalıdır”.
Baş nazir Nikol Paşinyanın “soyqırımı”nın necə baş verdiyinin və qurbanların sayının araşdırılması ilə bağlı suala Aleksanyan belə cavab verib:
“Məsələn, soyqırımının necə baş verdiyini anlamaq istəmirsiniz?”