
BAKI, 11 mart. TELEQRAF
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşanxarla Dehlidə baş tutan görüşünün təfərrüatlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial media hesabında yazıb.
“İkitərəfli gündəliyin əsas mövzuları üzrə məhsuldar müzakirələr apardıq, əldə etdiyimiz mühüm irəliləyişləri vurğuladıq və Ermənistan-Hindistan tərəfdaşlığının daha da dərinləşdirilməsi yollarını qeyd etdik”, - Mirzoyan bildirib.
Ermənistan xarici işlər naziri həmkarı ilə regional və beynəlxalq hadisələri də müzakirə edib.
Hindistan xarici işlər naziri də Mirzoyanla görüşdən sonra sosial mediada yazı yazıb.
Cayşanxar qeyd edib ki, görüşdə ticarət, investisiya, təhsil, kommunikasiyalar, mədəni inkişafla bağlı məsələlər müzakirə olunub:
“Həmçinin son qlobal və regional hadisələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq”.