BAKI, 16 noyabr. TELEQRAF

"Milli kimlik, milli ideologiya təhsildə formalaşır. Bu gün Azərbaycanda rus bölməsində 157 min şagird təhsil alır. Azərbaycan bölməsində 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyəti 2 min manatdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.

"Azərbaycanda ingilis, fransız və ya çin dilində dövlət hesabına təhsil alan məktəblər varmı? Demək olar ki, yoxdur. Belə olan halda Azərbaycanda rus dilinin xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır və bu xərcləri dövlət ödəyir. Nə üçün? Bu barədə düşünmək lazımdır".