BAKI, 13 noyabr. TELEQRAF

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammitinə gələrkən jurnalistlərin Ukrayna ilə bağlı çoxsaylı suallarını cavablandırmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Avropa Komissiyasının rəhbəri yalnız qısa açıqlama ilə kifayətlənib.

O, bir daha Aİ-nin Ukrayna ilə bağlı danışıqlarda təmsil olunduğunu bildirərək, ittifaqın növbəti sammitinədək Ukraynanın Avropa tərəfindən maliyyələşdirilməsi planını, eləcə də Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcəyinə söz verib.

Ukrayna ilə bağlı ünvanlanan əlavə sualları isə cavabsız qoyaraq, bir kəlmə də danışmadan oradan uzaqlaşıb.