BAKI, 13 noyabr. TELEQRAF
Rusiya ardıcıl altıncı aydır Ukrayna Müdafiə Qüvvələrinin məhvetmə təhlükəsi səbəbindən Qara və Azov dənizlərinə hərbi gəmilər saxlamır.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi III dərəcəli kapitan Dmitri Pletençuk məlumat verib.
“Vəziyyət dəyişməz olaraq qalır. Düşmən gəmilərini dənizə çıxarmır. Faktiki olaraq, artıq altı aya yaxındır Rusiya heç bir hərbi gəmisini Azov və Qara dənizlərə çıxarmır”, - Pletençuk bildirib.