BAKI, 1 oktyabr. TELEQRAF
Rusiya ordusu Ukraynanın Kiyev vilayətinin Solomyanski rayonunda yerləşən məktəb binasına dronla zərbə endirib, nəticədə yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko məlumat yayıb.
“Uşaqlar hücum zamanı sığınacaqda olublar. Təcili yardım xidmətləri hadisə yerinə gedir”, - mer bildirib.
Rusiyanın gecə saatlarında Kiyevin Solomyanski, Obolonski və Peçerski rayonlarına dron hücumu yanğınlara səbəb olub. Bir nəfər yaralanıb.