BAKI, 17 avqust. TELEQRAF
Almaniya Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın Ukraynanın müttəfiqlərinə sərt reaksiyası ilə bağlı açıqlamasına cavab verib.
Teleqraf xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
“Rusiyadan Avropa İttifaqı və ya NATO üzrə müttəfiqlərimizə qarşı təhdidlər və bəyanatlar yeni məsələ deyil. Bunları nəzərə alırıq, amma onların bizi qorxutmasına və ya Ukraynaya dəstəyimizə təsir etməsinə imkan verməyəcəyik”, - Almaniya XİN qeyd edib.
Sergey Lavrov bundan əvvəl bəyan etmişdi ki, Rusiya Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə zərbələrinə cavab olaraq Qərb ölkələri tərəfindən “Kiyevin hərbi dəstək maşınını məhv etmək” metodlarını gücləndirəcək: “Biz artıq bunu edirik. Buna görə də şikayət etməyə başlayıblar”.