BAKI, 3 iyul. TELEQRAF

“Ukrayna Polşa ilə münasibətlərdə gərginliyin azaldılması istiqamətində addımlar atmalıdır, Kiyev artıq bunu başa düşür”.

Teleqraf xəvər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.

Hökumət başçısı bildirib ki, onun Kiyevdən aldığı siqnallar Ukraynanın ikitərəfli münasibətlərdə yaranmış gərginliyin hər iki ölkənin maraqlarına zərər vurduğunu anladığını göstərir:

“Mən Kiyevdən belə siqnallar alıram, görünür, Ukrayna tərəfi başa düşməyə başlayıb: keçmişlə bağlı da səmimi dialoq yollarını axtarmaq lazımdır, gərginliyi daha da artırmaq yox. Görək, bu, yəqin uzunmüddətli proses olacaq. Ancaq əminəm ki, Polşa ilə Ukrayna arasında yaxşı münasibətlər hər iki tərəfin maraqlarına uyğundur. Bununla belə, bu münasibətlər Kiyevin də xoş niyyət nümayiş etdirməsini tələb edir. Artıq elə olmamalıdır ki, yalnız Varşava daim xoş niyyət göstərən tərəf olsun”.

Qeyd edək ki, Donald Tusk bu barədə bu gün ikitərəfli münasibətlərdəki problemləri müzakirə edən Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə Polşa xarici işlər naziri Radoslav Sikorski arasında Vrşavada keçirilən görüşü şərh edərkən danışıb.