BAKI, 2 iyul. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsi həlledici mərhələyə qədəm qoyub”.

Teleqraf xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.

“Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub, bu məqamdan istifadə etməliyik”,- o bildirib.

Ukraynanın son zamanlarda cəbhədəki artan fəallığına diqqət çəkən Almaniya müdafiə naziri əlavə edib ki, Kiyevin maliyyə vəsaitinə ehtiyacı var.