BAKI, 26 iyun. TELEQRAF

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Ukraynalıları rus əsirliyindən evə qaytarmaqda davam edirik. Bu gün 160 əsgər əsirlikdən azad edilib. 2022-ci ildən bəri hamısı əsirlikdə idi”, - dövlət başçısı bildirib.