BAKI, 22 iyun. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts Böyük Britaniya Baş naziri Kir Starmerin nümunəsini izləyərək istefa verməlidir.
Teleqraf xəbər verir ki, bu barədə “Almaniya üçün Alternativ” (AfD) Partiyasının bəyanatında bildirilib.
“Böyük Britaniya Baş naziri Kir Starmer reytinqlərinin kəskin şəkildə aşağı düşməsi fonunda istefa verdiyini açıqlayıb. Öz xalqının maraqlarını nəzərə almayan şəxs sonda həmişə uğursuzluğa düçar olur. Almaniyanın siyasi elitası nə vaxt nəhayət eyni nəticəyə gələcək?”, - AfD bəyan edib.
Partiya vurğulayıb ki, Merts Starmerin nümunəsini izləməlidir.