BAKI, 23 yanvar. TELEQRAF
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri solçu müxalifət tərəfindən təqdim edilən hökumətə etimadsızlıq təklifini rədd ediblər.
Teleqraf xəbər verir ki, bu barədə spiker Yael Bron-Pivet palatanın iclasında bildirib.
“269 deputat lehinə səs verib, səs çoxluğu əldə edilməyib və qətnamə qəbul olunmayıb”, - o vurğulayıb.