BAKI, 3 noyabr. TELEQRAF
Latviya Rusiyanın Ukraynaya endirdiyi və azı 26 nəfərin ölümü ilə nəticələnən son hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braje sosial şəbəkə hesabında paylaşım edib.
"Latviya Rusiyanın Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Komışevaxa qəsəbəsindəki humanitar yardım paylama məntəqəsinə hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb", - B.Braje bildirib.