BAKI, 2 noyabr. TELEQRAF
Almaniyanın Xristian-Demokrat İttifaqının (XDİ) Şlezviq-Qolşteyn federal vilayətindəki təşkilatı 2027-ci ilin əvvəlində yeni prezidenti seçəcək Bundestaqda keçmiş kansler Angela Merkelin namizədliyini irəli sürməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə XDİ-nin Şlezviq-Qolşteyn parlamentindəki fraksiya rəhbəri Tobias Kox məlumat verib.
Merkellə yanaşı, XDİ-nin Şlezviq-Qolşteyn üzrə seçicilər siyahısına Almaniyanın təhsil naziri Karin Prien, regionun baş naziri Daniel Günter, eləcə də Almaniya həndbol yığmasının keçmiş kapitanı Patrik Vintsek daxil edilib.
Federal bölgələr yaxın vaxtlarda öz nümayəndə heyətlərinin tərkibini müəyyən etməlidir. Bu, XDİ/Xristian-Sosial İttifaqı (XSİ) bloku və Almaniya Sosial-Demokrat Partiyasından (ASDP) ibarət hakim koalisiyanın hələ də dövlət başçısı postu üçün vahid namizəd barədə razılığa gəlmədiyi vaxta təsadüf edir.
Almaniyanın yeni prezidenti 30 yanvar 2027-ci ildə Bundestaq tərəfindən seçiləcək.