BAKI, 2 noyabr. TELEQRAF
İspaniya Baş naziri Pedro Sançes ölkəsinin müstəqil siyasət yürütdüyünü bildirib.
Teleqraf xəbər verir ki, Pedro Sançes ölkəsinin müstəqil siyasət yürütdüyünü vurğulayıb:
"İspaniya İspaniyadan idarə olunur, Vaşinqtondan deyil. Əlbəttə, Təl-Əvivdən, Moskvadan və ya Buenos-Ayresdən də deyil. Avropanın ehtiyac duyduğu yol məhz budur".
Qeyd edək ki, ABŞ ilə İspaniya arasında münasibətlər İranla bağlı münaqişə fonunda gərginləşib. Buna səbəb İspaniyanın ABŞ-yə İrana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün öz bazalarından istifadə etməyə icazə verməməsi olub.