BAKI, 3 noyabr. TELEQRAF

Rusiyanın Ukraynanın Komışuvaşa şəhərinə endirdiyi hava zərbələri nəticəsində 29 nəfər həlak olub, 5 nəfər yaralanıb, 48 nəfər isə itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Mixaylo Semıkin məlumat verib.

“Faciənin miqyası dəhşətlidir. Hər rəqəmin arxasında bir insan həyatı, doğmalarını itirmiş ailə və ya hələ də doğmalarından xəbər gözləyən insanlar dayanır”, - o bildirib.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.